Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı - VİDEO

05.11.2020 14:16 687 baxış sayı 1 dəq. oxuma
Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı -

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: