
Düz 28 il sonra anasının qəbrini ziyarət etdi - VİDEO

Düz 28 il sonra Cəbrayıla, Dağ Tumas kəndinə gedib 28 yaşında dünyasını dəyişən anasının qəbrini ziyarət etdi. İllər sonra anasının məzarını görən, qardan təmizləyərək, ona sığal çəkən Xəyyam Məmmədov keçirdiyi hissləri, düşüncələrini xəzər xəbərlə bölüşüb.
İllər sonra Cəbrayılın Dağ Tumas kəndinə getdi Xəyyam. Dünyadan vaxtsız köçən anasının qəbrini tapıb, 28 illik həsrətinə son qoydu.
Anasının ağ örpəyə bürünən məzarını əlləri ilə qardan təmizləyərək, saatlarla buz kimi qəbir daşına sığal çəkən Xəyyam deyir ki, 28 yaşında dünyasını dəyişən anasının qəbrini sonuncu dəfə 12 yaşı olanda ziyarət edib.
Anasının illər sonra qovuşduğu məzarını orada qoyub yenidən Bakıya qayıtmaq isə heç də asan olmayıb.
Azərbaycan Milli Konservatoriyasında kamança müəllimi işləyən Xəyyam Cəbrayıla icazə ilə getdiyini bildirib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

34 İllik Hüquqi Mübarizədən Sonra Şəxsiyyətini Təs...
Son Xeberler

Bakıda DƏHŞƏT: 20 yaşlı oğlan anasının boynunu sın...
Xəbər Anı

Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət et...
Son Xeberler

28 il sonra oğlunun məzarı başında: Ürək dağlayan...
Son Xeberler

“Gecə 4-də evlərinə getdim, generalın anasının aya...
Son Xeberler

Avropa İttifaqının Səfiri Peter Mixalko COP29 Konf...
Bugun.az


