🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ədliyyə Nazirliyindən Xankəndi AÇIQLAMASI

03.12.2020 09:30 680 baxış sayı 2 dəq. oxuma
Ədliyyə Nazirliyindən Xankəndi

"Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”.

Bunu Ədliyyə Nazirliyinin rəsmisi Sübhi Kazımov deyib.

Ədliyyə Nazirliyinin Facebook səhifəsindəki canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib ki, "idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır".

Nazirlik rəsmisi bildirir ki, hazırda "Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirmə işinin başlanıb:

"İdarənin kadrlarla bağlı bir qismi komplektləşdirilib. İcra və probasiya qurumlarının kadrlarının komplektləşdirilməsi işinə başlamışıq. Çalışılır ki, ədliyyə qurumları daha səriştəli, təcrübəli, bilikli əməkdaşlardan komplektləşdirilsin".

Paylaş: