Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixdə küçəyə çıxmayın!

19.06.2020 06:07 1,599 baxış sayı 1 dəq. oxuma
Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixdə küçəyə çıxmayın!

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.


Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: