🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri + VİDEO

26.07.2020 06:45 770 baxış sayı 2 dəq. oxuma
“Elə ki, evə çatdım məni bərk qucaqla” -

“Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!”.

Bu sözləri Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş 18 yaşlı Xəyyam Daşdəmirov ölümündən əvvəl yazmışdı.  

Şəhid anası Vüsalə Daşdəmirova oğlunu belə xatırlayır:

“Xəyyam çox mərd, hörmətcil uşaq idi. Ancaq yaxşı sədaları gəlirdi. Xəyalları çox idi. Özü də vətənpərvər idi, özü istədi döyüşə getsin. Yaşı az idi, amma özü çox böyük idi. Qorxmaz idi, heç nədən qorxmurdu”.

Daha ətraflı Azərbaycan Televiziyasının hazırladığı süjetdə izləyə bilərsiz:

 

 

Etiketlər

Paylaş: