
Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib

Bu gün Azərbaycanın Baş Naziri Əli Əsədov Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilmiş, Yaxın Şərq, Balkanlar, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrini əhatə edən “Gələcəyə nəfəs ol!” beynəlxalq ağacəkmə kampaniyasında iştirak edib.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Hökuməti üzvlərinin iştirakı ilə Abşeron rayonu Xocasən qəsəbəsində təşkil edilən tədbir çərçivəsində 11 hektar ərazidə 11 min ağac əkilib.
Ankara ilə Bakı arasında canlı bağlantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət zamanı Baş Nazir başda Türkiyə Prezidenti olmaqla rəhbərliyini və bütün qardaş Türkiyə xalqını Azərbaycanın Qələbəsi ilə əlaqədar verdikləri dəstəyə, göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.
30-dək ölkəni əhatə edən ağacəkmə aksiyası Azərbaycanın bütün bölgələrində də təşkil edilib və on minlərlə ağac əkilib.
Kampaniya, həmçinin Füzuli rayonun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də keçirilib.
Kampaniya zamanı Azərbaycan, Bosniya və Herseqovina, İraq, Liviya, Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Əfqanıstan, Özbəkistan və Albaniya da daxil olmaqla 70 ölkə təmsilçisinin iştirakı ilə ağaclar əkilib.
Oxşar xəbərlər

AFFA təşəkkürnamə ilə təltif olundu
İdman Xəbər

Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əki...
Son Xeberler

Kəmaləddin Heydərov “Yaşıl Dünya” üçün Ağac Əkdi -...
Bugun.az

Zəfər Gününə Həsr Olunan Ağacəkmə Aksiyası: Polis...
Bugun.az

Ağdamda ağacəkmə coşqusu -
Son Xeberler

Əli Əsədov İranda səfərdədir
Bugun.az