
Əli Əsədov məktəblərlə bağlı qərarı təsdiqlədi

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı qərara imza atıb:
Qərarda deyilir:
1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:
1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;
1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Baş nazirdən bu məktəblərlə bağlı QƏRAR
Bugun.az

ÜST-dən məktəblərlə bağlı gözlənilməz
Son Xeberler

Əli Əsədov NK-nın üç qərarını ləğv etdi
Bugun.az

Baş nazirdən təhsillə bağlı
Son Xeberler

Əli Əsədov Tbilisidə səfərdədir
Bugun.az

Orta məktəblərlə bağlı Təhsil Nazirliyindən önəmli...
Son Xeberler


