🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Erkən nigahla mübarizə”

06.11.2020 05:23 331 baxış sayı 8 dəq. oxuma
“Erkən nigahla mübarizə”

“Milli Düşüncə Milli-Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyi bu addakitabça çap edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Erkən nigahla mübarizə istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyiə sasında “Milli Düşüncə Milli-Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin çap etdiyi “Erkən nigahla mübarizə” adlı kitabça sosial problem kimi hazırda nəinki dünyada, o cümlədən, ölkəmizdə aktuallıq kəsb edən erkən yaşda nigaha “yox” demək üçün maarifləndirmə işinin gücləndirilməsinə böyük töhfədir.

Adından da göründüyü kimi, İctimai Birlik milli-mənəvi dəyərlərin təbliğini, onların qorunmasını və inkişaf etdirilməsini əsas hədəf kimi qarşıya qoyub. Bu fakt inkar edilməzdir ki, hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli-mənəvi dəyərləridir. Tarixin hər bir dövründə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Milli-mənəvi dəyərlər sistemində ailənin rolu daim yüksək qiymətləndirilir, ona ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi baxılır, milli gene fondun saflığının qorunmasında ailəyə böyük önəm verilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti də bunun bariz nümunəsidir.

Kitabçanın ön sözün də bu kimi məqamlar geniş şəkildə oxucu auditoriyasına çatdırılır. Qeyd edilir ki, ölkənin inkişaf səviyyəsini, sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafını və digər məsələləri ozündə əks etdirən erkən niğahla bağlı ayrı-ayrı dövlətlər, təşkilatlar öz narahatlıqlarını ifadə edir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həmyerli, həm də beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Əsas çağırış bu yönüm də bütün ölkələrin səylərini daha da artırması, insanlığa yaraşmayan belə halların qarşısını almaq üçün imkanların birləşdirilməsidir.

Kitabçada erkən nigahların yaranmasında gender bərabərsizliyindən, erkən evliliklə mübarizəs ahəsində həyata keçirilən Strategiyalardan, dünyada və Azərbaycanda belə halları doğuran səbəblərdən və qarşısının alınması yollarından, problemin həllini hüquqi, iqtisadi, təhsil, maarifləndirmə və sair kimi istiqamətlərdə aparmaqla məqbul nəticələr əldə etməyin mümkünlüyündən, respublika üzrə qırmızı, narıncı və sarı xəttə daxil olan bölgələrdən, eyni zamanda, belə nigahların fəsadlarından bəhs olunur, tövsiyələr diqqətə çatdırılır. Bildirilir ki, “Ailə cəmiyyətin təməlıdir” prinsipindən çıxış edərək, həmçinin ailənin kiçik dövlət olaraq düzğün formalaşdırılmasının hərbir ölkənin inkişafında rolunu nəzərə alaraq kiçik yaşda evliliklərin qarşısının alınması, ailənin şüurlu ata və analar tərəfindən yaradılması, uşaqların qorunması təmin edilməlidir. Tədqiqatlar göstərir ki, qızların təhsil səviyyəsi artdıqca erkən niğahların mövcudluq faizi azalır. Bu reallıq da xüsusi qeyd olunur ki, ölkəmizdə qadınların xoşbəxt yaşamaları, həyatda fəal mövqe tutmaları üçün hər cür şərait yaradılıb.

Dövlətimiz özl ayiqli, sosial-mənəvi inkişafını təminedən, həyat strategiyasını gerçəkləşdirməyi bacaran, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Bu istiqamətdə mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həya tərzinin təbliği istiqamətində ardıcıl işlər görülür. Erkən nikahın ailə zorakılığının ən ağır formalarından biri olduğu təbliğ edilir.

Bu günümüzün əsas agırışlarından biri cəmiyyətin inkişafına öz mənfi təsirini göstərən erkən niğahların qarşısını almağa dəstək olmaqdır. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsas amil kimi önə çəkilir. Düşünürük ki, “Milli Düşüncə Milli-Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin çap etdiyi “Erkən nigahla mübarizə” adlı kitabça ictimaiyyət arasında güclü təbliğat və maarifləndirmə işlərinə öz töhfəsini verəcək. Məqsəd erkən nikahın qanun pozuntusu olmaqlayanaşı, həmdə insan psixologiyasına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaqdır.

Paylaş: