Erməni əsgərlər komandirləri tərəfindən güllələndi
Bu gün döyüş mövqelərini tərk edərək qaçan erməni əsgərlər öz komandirləri tərəfindən güllələnib.
Bu barədə hərbi mənbələrdən bildirilib.
Məlumata görə, humanitar atəşkəs rejimini pozan düşmən ordusu təşviş içindədir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.
Belə ki, düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib. Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib.
Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.
Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.
Oxşar xəbərlər
Erməni işğalçıları postdan qaçmasın deyə qandallan...
Son Xeberler
Prezident Qubadlının azad olunmasına görə komandir...
Son Xeberler
Müdafiə Nazirliyi: Madagizdə erməni əsgərlər arası...
Son Xeberler
Erməni milyonçu Paşinyanı özünü güllələməyə çağırd...
Son Xeberler
ABŞ-da daha bir afroamerikalı polis tərəfindən gül...
Son Xeberler
Gürcüstanda iki azərbaycanlı güllələndi -
Son Xeberler