Ermənilər Ağcabədidə kənd qəbiristanlığını artilleriya atəşinə tutub - FOTO

02.10.2020 14:50 588 baxış sayı 4 dəq. oxuma
Ermənilər Ağcabədidə kənd qəbiristanlığını artilleriya atəşinə tutub -

Ermənistanın Azərbaycana qarşı təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Erməni vandallarının növbəti hədəfi Ağcabədi rayonu Hacılar kənd qəbiristanlığı olub. Qəbiristanlığa düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları zədələnib.

Hacılar qəbiristanlığından fotoları təqdim edirik.

 

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: