
Son Xeberler
9 abunə
Ermənilər Ağdam məscidini bu səbəbdən dağıtmayıb - Prezident açıqladı
18.12.2020 16:42
1,010 baxış sayı
2 dəq. oxuma

"Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb".
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışarkən bildirib.
Dövlət başçısı Ağdam məscidinin ermənilər tərəfindən nəyə görə dağıdılmadığının səbəbini də ilk dəfə açıqlayıb:
"Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın "Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb".
L
Siyasi şərhçi
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənilər Ağdamın Cümə məscidini yararsız hala sal...
Son Xeberler
732
22/11 12:42

“Qarabağ”ın futbolçuları Ağdam məscidində namaz qı...
Son Xeberler
667
28/11 11:28

Ermənilər Füzuli məscidini bu hala salıb -
Son Xeberler
517
19/11 13:19

Ermənilər Tovuzu yenidən atəşə tutdu -
Son Xeberler
1,161
03/09 17:21

Ermənilər Tovuzda 4 kəndi artilleriyalardan atəşə...
Son Xeberler
877
16/07 05:28

Ermənilər 403 tarixi dini abidəyə vandalizm siyasə...
Son Xeberler
533
09/10 05:32


