Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar - VİDEO

23.10.2020 05:54 561 baxış sayı 2 dəq. oxuma
Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar -

Ermənistan mətbuatı cəbhədən dezinformasiya xəbərlərini yaymaqda davam edir.

Erməni mediası bu dəfə türkiyəli məşhurların  adından istifadə edir. Ermənistan İctimai Radiosu cəbhədən növbəti dezinformasiyada türkiyəli məşhur müğənni Sərdar Ortacın Azərbaycan ordusunun “itkiləri” sırasında yer aldığını qeyd edir. Belə ki, oktyabrın 16-sı və 21-i dərc olunan cəbhə xəbərlərində Sərdar Ortacın 22 il öncə çəkilmiş əsgərlik şəkilləri “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim olunub.

Başqa bir xəbərdə başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirilib.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: