Ermənilər Bülbülün ev muzeyini bu hala salıb - VİDEO

19.11.2020 06:37 540 baxış sayı 2 dəq. oxuma
Ermənilər Bülbülün ev muzeyini bu hala salıb -

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məşhur opera müğənnisi Bülbülün ermənilər tərəfindən dağıdılan ev muzeyinin görüntülərini paylaşıb.

O, tvitterdə sənətkarın Şuşadakı mənzilinin görüntülərini yayaraq məkanın vandalizmə məruz qaldığını ifadə edib.

“Bu, ermənilərin  Şuşada məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (1897-1961) ev-muzeyinə etdikləridir”,- deyə A. Kərimov qeyd edib.

Görüntülərdə evin odun anbarı kimi istifadə olunduğu, Bülbülün həyətdəki heykəlinin isə dağıdıldığı açıq-aşkar görünür.

 

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: