Ermənilər Tərtəri atəşə tutub, ölən və yaralananlar var
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Düşmən Mingəçevir və Tərtəri atəşə tutub -
Son Xeberler
Düşmən Tərtəri “Smerç”lə atəşə tutub
Son Xeberler
Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu
Son Xeberler
Düşmən rayonlarımızı atəşə tutub
Son Xeberler
Ermənilər Tovuzda 4 kəndi artilleriyalardan atəşə...
Son Xeberler
Ermənilər Horadizi yenidən atəşə tutublar -
Son Xeberler