🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənilər Tovuzun 3 kəndini atəşə tutublar - SON DƏQİQƏ

14.07.2020 10:19 581 baxış sayı 3 dəq. oxuma
Ermənilər Tovuzun 3 kəndini atəşə tutublar -

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.


Müdafiə Nazirliyinindən Baku TV-yə verilən məlumata görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Habelə ermənilər sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə atəşkəs rejimini 74 dəfə pozub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənilərin sonuncu təxribatlarına xarici işlər nazirliyi də münasibət bildirib. Nazirlikdən bildirilib ki, dinc sakinləri hədəf alan ermənistan ordusu özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirib.

Rəsdmi Yerevan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır.

Ermənistan rəhbərliyi əmin olsun ki, Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı bölüşür və eyni ilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.

Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və bu ölkə törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcək.

Paylaş: