
Ermənilərin 70 faizi Xankəndidən qaçıb

Ermənilər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk etməkdə davam edir.
Son günlər insanlar intensiv şəkildə şəhərdən çıxıb və sakinlərin əhəmiyyətli şəkildə azalması ilə şəhərin küçələri boş qalıb.
Özünü Xankəndinin “mer”i kimi təqdim edən David Sarkisyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min təşkil edir. “İndi Xankəndi sakinlərinin əksəriyyəti Ermənistana köçüb, əhalinin təxminən 30% -i şəhərdə qalır”, -deyə o, bildirib.
D. Sarkisyan qalan insanların da Ermənistana gedəcəklərini istisna etməyib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yay...
Son Xeberler

Ermənilərin qoyub qaçdığı "ruhlar şəhəri" -
Son Xeberler

Bakının rayonları üzrə yoluxma göstəriciləri -
Son Xeberler

Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir...
Son Xeberler

Azərbaycanda idmanla məşğul olanların sayı
Son Xeberler

Yeni il gecəsi Şuşa Xankəndidən belə görünürdü - V...
Son Xeberler


