Son Xeberler
7 abunə
"Ermənilərin atdığı buzlu su "butulka"sı başıma dəydi" - Azərbaycanlı müğənni
22.07.2020 09:32
586 baxış sayı
4 dəq. oxuma
Xəbər verdiyimiz kimi, Los Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar.
Ermənilərin qarşısına çıxan azərbaycanlılardan biri də hazırda ABŞ-da yaşayan müğənni Səbinə Əskərova olub.
Müğənni Los Ancelesdə baş verənlərlə bağlı danışıb:
Tovuzda baş verən erməni təxribatına etiraz etmək eyni zamanda Ordumuza dəstək məqsədilə toplaşmışdıq. Biz sivil qaydada evə gətmək istəyəndə ermənilər anidən arxamızca qaçıb bizə hücum etdilər. Biz 50, onlar 5000 nəfər idilər. Bizi itəlidilər və soydaşlarımızın bəziləri xəsarət aldı. Ümumilikdə, 1-i xanım olmaqla 7 nəfər xəsarət aldı. Onlardan 4-nün vəziyyəti ağırdır, 1 soydaşımız reanimasiyaya yerləşdirildi. Əllərində dondurulmuş buzlu su butulkaları var idi ki, onlardan biri mənim başıma dəydi. İtələləyəndə bir az ayağım burxulub. Ümumilikdə, özümü yaxşı hiss edirem.
Müğənni deyib ki, həmvətənlərimiz erməni təxribatının qarşısını ala bilib:
"Bizim oğlanlar az olsalar da, bacardıqları qədər erməninin cavabını verirdilər. Ermənilər bizimkilərin telefonlarını da oğurlayıb. Oğurluq, şər, fitnə, yalan onların artıq ruhlarındadır. Bu gün bir daha şahid oldum ki, bizim insanlara fərqi yoxdur qarşında 10 erməni var yoxsa 5 min. Sona qədər dayandıq. Sözümüzü sivilcə çatdırdıq, onlar kimi vəhşilik etmədik".
Oxşar xəbərlər
"Testi neqativ çıxanlar da..." -
Son Xeberler
693
27/06 17:22
Hər kəsi qorxudan “buzlu şüşə” nədir?
Son Xeberler
415
07/07 05:54
"Buzlu şüşə" aşkarlanan xəstələrin sayı açıqlandı...
Son Xeberler
436
03/07 14:46
Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlə...
Son Xeberler
551
08/07 11:02
"Firuzə başıma o qədər oyunlar gətirib" -
Şou Xəbər
351
28/12 18:23
Ermənilərin atdığı mərmi Ağdamda evi yandırdı -
Son Xeberler
419
12/10 17:42