Ermənilərin soydaşlarımıza qarşı təxribatı baş tutmadı - VİDEO
Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində kütləvi mitinq keçirəcəkləri ilə bağlı ABŞ-ın yerli mediasında və sosial şəbəkələrdə məlumatlar paylaşıb, həmvətənlərimizə qarşıdurmaya dəvət edərək, təxribat planı hazırlayan ermənilərin niyyəti puç olub.
Baku TV-nin məlumatına görə yüzlərlə erməni Nyu-Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan “3th Avenue” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Ərazidə uzun müddət hay-küy salmağa çalışan ermənilərə yerli ictimaiyyəti məhəl qoymayıb və eyni zamanda kütləvi aksiya heç bir yerli media orqanında yer almayıb.
Aksiyanın keçirildiyi əraziyə Nyu-York polisinin əməkdaşları cəlb olunub. Azərbaycanın Vaşinqtondakı Səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar bir saat sonra dağılışıblar.
Oxşar xəbərlər
Ermənilər silahlarla azərbaycanlılara
Son Xeberler
Kanadada ermənilərin təxribat istəyi ürəyində qald...
Son Xeberler
Ermənilər azərbaycanlılara atəş açdı
Son Xeberler
Ermənilər 27 günə 2156 evi dağıdıb -
Son Xeberler
Ermənilər 25 günə 63 mülkimizi öldürüb -
Son Xeberler
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması
Son Xeberler