
Son Xeberler
9 abunə
Ermənistan azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlədib
17.12.2020 10:54
387 baxış sayı
2 dəq. oxuma

"Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq Birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
"Artıq qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki, qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır, - o bildirib.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

XİN Tovuzla bağlı məlumat yaydı
Son Xeberler
717
14/07 11:10

Kanadada Ermənistanın işğalçılıq siyasətinə etiraz...
Son Xeberler
531
25/07 13:47

Azərbaycanlı BMT-də yüksək vəzifəyə seçildi
Son Xeberler
555
16/02 07:07

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler
828
14/12 15:55
Azərbaycanlı FIFA referisi "Napoli" – "Ayntraxt" o...
Azəri Xəbər
14
31/10 13:26

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" ela...
Bugun.az
35
24/10 18:12


