🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Ermənistan hücumlarla işi bitirmək istəyən tərəfdir”

28.10.2020 07:23 423 baxış sayı 3 dəq. oxuma
“Ermənistan hücumlarla işi bitirmək istəyən tərəfdir”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik partiya toplantısında Azərbaycan barədə çıxış edib.

Ö. Çelik işğaldan azad olunan torpaqlara görə xoşbəxt olduğunu bildirib. O, Ermənistan hücum edərkən səsi çıxmayan, erməni terrorçularına dəstək verənləri qınayıb:

“Ermənistan diplomatik, siyasi müzakirə istəməyən, hücumlarla işi bitirmək istəyən tərəfdir. Ermənistan Azərbaycanın mülki şəxslərinə atəş açır. Hücum nəticəsində 63 nəfər həlak olub, 298 mülki vətəndaş xəsarət alıb. Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirik.

Ermənistan təxribatçı tərəfdir. Onlar işğal etdiyi torpaqların ərazisini daha da böyütmək üçün bir hücum gerçəkləşdirir. Azərbaycan Ordusu güclü bir şəkildə bu hücumlara cavab verərək torpaqlarını azad edib. Müharibənin qızğın dövründə TBMM (Türkiyə Böyük Millət Məclisi - red.) sədri Mustafa Şentop Bakıya gedərək Türkiyənin Azərbaycana dəstəyini ifadə edib. 

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə sonunadək Azərbaycanın yanındadır. Məsələnin həllini istəyənlər əvvəlcə Ermənistanın işğal məsələsini masaya gətirməli, onları bu niyyətindən çəkindirməlidirlər. Oralar hamının qəbul etdiyi kimi Azərbaycan ərazisidir. Ermənistan işğalçıdır, Azərbaycanın apardığı Vətən müdafiəsidir”

Paylaş: