🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənistan Kremli satmaqla dəstək istəyir

21.10.2020 17:44 341 baxış sayı 6 dəq. oxuma
Ermənistan Kremli satmaqla dəstək istəyir

Sentyabrın 27-də cəbhədə növbəti dəfə təxribat törədərək Azərbaycana hücum cəhdi Ermənistana çox baha başa gəldi: Əks-hücuma keçən Azərbaycan Ordusu ötən müddət ərzində düşməni dizi üstə qoydu. Artıq Azərbaycan bayrağı, Cəbrayılda, Füzuldə, Zəngilanda dalğalanır, əsgərlərimiz Qubadlı istiqamətində irəliləməkdə davam edir. Azərbaycan işğaldakı torpaqlarını azad etdiyi dövrdə Ermənistanın dünyadan dəstək alacağına dair xəyalları da puç oldu: bel bağladığı, ümid etdiyi Rusiyadan dəstək almadı. Qərb, Avropa da rəsmi İrəvanı, Paşinyanı “iqnor” etdi. Çünki Azərbaycan ötən dövr ərzində dünya ilə çox uğurlu diplomatik əlaqələr quraraq, haqlı tərəf kimi Qarabağ məsələsində üstünlük əldə etmişdi.

Musavat.com-da yayımlanan yazıda bildirilir ki, cəbhədə, diplomatik müstəvidə məğlub olan Ermənistan hansısa xarici gücdən dəstək də ala bilmədi və faktiki olaraq məhv olmaq üzrədir. Belə ki, Ermənistan Azərbaycanla məsələni təkbətək həll edə bilməyəcəyini anlayaraq Rusiyadan imdad dilədi, lakin Rusiya bu məsələyə qarışmadı.

Sayt qeyd edir ki, belə bir durumda isə Ermənistan dövləti, baş nazir Paşinyan xislətlərinə uyğun olaraq özlərinə arxa sandıqları Rusiyaya bağışlanılmaz xəyanəti etməyə qərar verdilər.

Xəyanət yolunda son gəlişmə bundan ibarətdir ki, Ermənistanın baş naziri N.Paşinyan Prezident A.Sarkisyanı Brusselə, NATO çərçivəsində keçiriləcək görüşlərə göndərib. Ermənistan Prezidenti bu gün NATO Baş katibi ilə görüşüb.

Görüşdə A.Sarkisyan Ermənistanın KTMT-dən, Rusiyadan gözlədiyi dəstəyi və yardımı ala bilməməsindən gileylənib. Hazırda Sarkisyanla NATO baş katibinin birgə açıqlamalar verdiyinə dair də məlumat açıqlanıb. Onlar nə açıqlama verir versin, pərdə arxasında baş verənlər isə tamam başqadır!

Sızan məlumatlara görə, Sarkisyan Paşinyanın mesajlarını baş katibə çatdıraraq bildirib ki, ona açıq dəstək vermədiyi üçün Rusiyadan tamamilə üz döndərməyə, Ermənistandakı rus ordusunu ölkədən çıxarmağa(!), KTMT-dən istefa verməyə də razıdır, əvəzində NATO Qarabağ müharibəsində onlara bacardığı dəstəyi versin.

Xatırladaq ki, Paşinyan bir qədər əvvəl müharibədən sonra Ermənistanın öz xarici siyasətini NATO və Avropa İttifaqına yaxınlaşmağa yönəldəcəyini açıq bəyan etmişdi. Təbii ki, bunu Rusiya ilə bağları qoparmadan, onun Ermənistandakı mövqelərini zədələmədən həyata keçirməyi hədəfləmişdi.

Lakin indi Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyən Paşinyan, Ermənistan dövləti Rusiyaya açıq şəkildə buynuz göstərir. Bu, Ermənistan Rusiyaya növbəti, ağır və bağışlanılmaz xəyanətidir.

Maraqlı məqam həm də odur ki, Ermənistan ordusunda hazırda ciddi əsgər çatışmazlığı yaşanır, bu səbəbdən Ermənistan özünün Kosovodakı və Əfqanıstandakı sülhməramlı heyətini geri çəkir.

Eyni zamanda Ermənistan Qafqaz regionunda Rusiyanın forpostu olmasına baxmayaraq, onun xüsusən son illərdə NATO ilə yaxın əməkdaşlıq və Avropanın bir çox ölkələriylə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa, İtaliya ilə ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin genişləndirdiyi müşahidə olunurdu. Bu, səmimi bir əməkdaşlıq deyildi, Rusiyaya xəyanətlərin başlanğıcı idi...

Habelə, beynəlxalq sülhməramlı missiyalarda təmsil olunurdu, bununla özünün işğalçı siyasətinə don geyindirmək, guya sülhsevər olduqlarına dair görüntü yaratmağa çalışırdı. Beləliklə, Azərbaycanla savaşda Avropadan, Qərbdən dəstək alacağına ümid edirdi.

Ancaq bunlar ötən müddətdə nəticə vermədi, indi Ermənistan sonuncu variant kimi, Rusiyaya açıq şəkildə dəstək göstərib, Kremli NATO-ya satması müqabilində özünə dəstək almaq istəyir.

Amma bu “xəyanət siyasəti”nin ona çox ağır başa gələcəyi şübhəsizdir. Əvvəla, Rusiya ona bu xəyanəti bağışlamayacaq, digər tərəfdən NATO da tez-tələsik, Azərbaycan işğaldakı torpaqlarını azad etdiyi dövrdə onu qoynuna almayacaq. 

Hətta alarsa belə, Rusiyanın Ermənistanı buna görə çox pis şəkildə cəzalandıacağı şübhəsizdir. Putin xəyanətləri bağışlamır...

Paylaş: