Ermənistan ordusunda həbslər başladı
“Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlər arasında həbs edilənlər var”.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və Əsir götürülmüş şəxslərlə İş üzrə komitəsinin sədri, polkovnik Vitali Voskanyan bildirib.
“Hərbçilərin günahsız yerə ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb və kifayət qədər dəlillər toplanıb.
Voskanyan bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu deyib.
“Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”, - deyə o sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Bayden qərar verdi: Translar ABŞ ordusunda xidmət...
Son Xeberler
Ermənistanın suriyalı döyüşçülərlə bağlı yalanları...
Son Xeberler
Ermənistan məhkumları döyüşə göndərir
Son Xeberler
Ermənistan indi də orduya məhkumları toplayır
Son Xeberler
“Ermənistan müstəqil ola bilmədi, müstəmləkədir”
Son Xeberler
Erməni ordusunda daha bir biabırçılıq...
Son Xeberler