Ermənistan ordusunun alayı darmadağın edildi - RƏSMİ

29.09.2020 06:58 800 baxış sayı 1 dəq. oxuma
Ermənistan ordusunun alayı darmadağın edildi -

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

“Nəticədə, canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb.

Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək, ölən və yaralıların təxliyyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib”.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: