Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib - FOTO

03.10.2020 18:33 742 baxış sayı 3 dəq. oxuma
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib -

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 4 ədəd “KAMAZ” və 1 ədəd “QAZ” markalı avtomobillər qənimət kimi ələ keçirilib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, müxtəlif ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikalarım hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.

 

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: