🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənistanda qiymətlər kəskin bahalaşdı

25.10.2020 11:25 352 baxış sayı 4 dəq. oxuma
Ermənistanda qiymətlər kəskin bahalaşdı

Müharibə başlayandan Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin artması mövzusu müzakirə edilir.

Ermənilər müharibədən sonra güllərin, çələnglərin, əsgər geyinimin tikilməsinin, yağ və şəkərin qiymətlərinin artmasından narazıdırlar.

Ermənilərin bildirdiyinə görə, əsgər geyimi 18 min Ermənistan dramından (AMD) 25 min drama (müharibə səbəbindən bəzi müəssisələr mənfəətin 80 faizini də alırlar), adı çəkilməyən supermarketdə isə şəkər tozunun qiyməti 320 AMD-dan 385 AMD-a qədər yüksəlib.

İstifadəçilər həmin supermarketin sahibinin orduya 50 milyon dram ayırdıqdan sonra şəkər tozu və digər ərzaqların qiymətini qaldıraraq bir həftə ərzində ayırdığı pulu artıqlaması ilə qaytardığını bildirirlər.

Ermənistandakı könüllü qruplar müharibənin ilk günündən etibarən sərhədçilər üçün paltar, qida, dərman və digər əşyalar toplayaraq fəaliyyət göstərirdi. Bu dəfə vətəndaşlar həyəcan keçirirlər ki, bu günlərdə erməni tərəfi döyüş meydanında çoxlu sayda qurban verəndən sonra güllərin qiyməti də artıb.

“İrates” qəzeti son 10 gündə mağazalarda kərə yağı və şəkər tozunun qiymətinin artdığını yazır. On gün əvvəl 1 litr yağın qiyməti 600 dram idisə (bəzilərində 650 AMD, 800 AMD və daha yüksək qiymətə), haırda 750-800 AMD-yə satılır. Bir həftə əvvəl 1 kiloqram şəkər tozu 250-280 AMD idisə, bu gün 410 AMD-dir. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Ermənilər bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər.

Məlumata görə, müharibə səbəbindən qiyməti artan əsas mallar güllərdir. Xüsusilə dəfn mərasimlərində tələb olunan çiçəklər - qızılgül, qərənfil və digərlərinin qiyməti demək olar ki, 50-100 faiz bahalaşıb. Satıcılar bir gülü 1000 AMD-ə satdıqlarını, lakin növbəti gün qiyməti artırmalı olduqlarını qeyd edirlər.

Gülsatanlar hazırda gülləri daha baha qiymətə aldıqlarını bildirirlər. Ancaq deyilənlərə baxmayaraq, məsələn, bir qərənfilin 10 dramdan 70 dramadək bahalaşmasının səbəbi qaranlıq qalır. Yerevanda bir zanbağı orta hesabla 1500 AMD-yə əldə etmək mümkündür. Bu qiymət bir neçə mağazada da müşahidə olunub. Şəhər sakinləri çələnglərin qiymətinin kəskin artdığını da iddia edirlər. Əvvəllər bir çələngin qiyməti 20-30 min dram idisə, indi onu 40-50 min drama əldə etmək olar.

Əsgər geyimlərinin qiymətləri müharibə olmayan dövrə nisbətən artıb. Erməni jurnalistlər sosial şəbəkələrdə səsləndirilən fikirləri təsdiqləyiblər. Müşahidələrə görə, bu gün qara bazarda (digər yerlərdə əsgər geyimini yüksək qiymət səbəbindən almaq mümkün deyil) bir paltar dəsti 18-25 min AMD-yə satılır. Müharibədən əvvəl “qara bazar”da qiymətlər 15-17 min dram arasında idi.

Paylaş: