🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənistanda sula durulmur: Paşinyandan yeni HƏMLƏ

28.02.2021 13:29 459 baxış sayı 2 dəq. oxuma
Ermənistanda sula durulmur: Paşinyandan yeni HƏMLƏ

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını sabah saat 18:30-da Respublika meydanında keçiriləcək mitinqə dəvət edib.

Bu barədə Paşinyan "Facebook" hesabından etdiyi canlı yayımda bildirib. Onun sözlərinə görə, Ermənistan prezidenti Baş Qərargah rəisi Onik Qasparyanın istefası ərizəsini imzalamaqdan imtina edərək anlaşılmaz qərar verib. Paşinyan sabahki mitinqdə bu mövzuya toxunacağını söyləyib.

O, eyni zamanda hakimiyyətin cəmiyyəti yeni toqquşmalara və növbəti "1 Mart" hadisələrinə aparması barədə danışıqların əsassız olduğuna hesab edib və həmin faciəli hadisələrin səhifəsinin birdəfəlik bağlandığını qeyd edib.

Mitinqdə baş nazir, həmçinin "1 Mart" işi üzrə məhkəmə prosesindən və hərbi çevriliş cəhdindən danışacağını deyib.

"Prezidentin qərarının əsassız olduğunu, heç bir hüquqi əsasının olmadığını göstərəcəyəm və bu, müəyyən nəticələr çıxara bilən çox əhəmiyyətli bir söhbət olacaq".

Baş nazir mitinqdə məhkəmə sistemi və Ali Məhkəmə Şurasının fəaliyyətinə də toxunulacağını vurğulayıb.

"Baş Qərargahın tamamilə qəbuledilməz bir siyasi bəyanatından bəhs edirik, eyni zamanda bir neçə ay əvvəl Ali Məhkəmə Şurasının eyni dərəcədə qəbuledilməz açıqlama verdiyini unutmamalıyıq".

Paylaş: