Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO

19.11.2020 18:44 737 baxış sayı 2 dəq. oxuma
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş -
Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə ilginc məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi iddia olunur. Bunu sosial şəbəkə istifadəçiləri Ayvazyanın azərbaycanlı olması ilə izah edir.
Ara Ayvazyan həqiqətən də Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub, atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.
 
Ara Qudratoviç Ayvazyan haqqında müvafiq məlumatlar bu gün Vikipediyanın rusdilli şöbəsindən tələsik şəkildə çıxarılıb. İnternetdə yalnız kiçik keş məlumatlar qalıb.
 
Hazırda Vikipediyada Ayvazyanın yalnız erməni dilində olan səhifəsini tapmaq olar. Orada isə Azərbaycanla bağlı heç bir məlumat yoxdur.
 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: