🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əsədin Moskvaya Qaçışı: Sığınacaq Tapdı

08.12.2024 19:47 18 baxış sayı 3 dəq. oxuma
Əsədin Moskvaya Qaçışı: Sığınacaq Tapdı

Suriyada uzun illər hökm sürən Baas rejimi tarixə qovuşdu. 27 noyabrda başlayan müxaliflərin əməliyyatları 12 gün ərzində böyük uğurla nəticələndi. Əsas şəhərləri ələ keçirən müxaliflər, nəhayət, paytaxt Dəməşqi də öz nəzarətinə aldı və 61 illik Baas rejiminin süqutunu elan etdi.


Bəşər Əsəd isə baş verənlərdən sonra itkin düşdü. Uzun müddət yerinin bilinməməsi sirr olaraq qaldı, ancaq sonradan Rusiya bu sirri açdı. Moskva, Əsədin ailəsi ilə birlikdə Moskvaya gəldiyini açıqladı.


Rusiya hökuməti Əsəd və ailəsinə siyasi sığınacaq verməsini elan etdi. Kremlin mənbələrinin verdiyi məlumata görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd humanitar səbəblərdən sığınacaq tapıb. Bundan əlavə, Moskva Suriyadakı silahlı müxalifət nümayəndələri ilə əlaqə saxlayır və BMT-nin himayəsi altında danışıqların yenidən başlamasının zəruriliyini vurğulayır. Müxaliflər isə Rusiyanın Suriyadakı hərbi bazaları və diplomatik missiyalarının təhlükəsizliyini təmin etdi.


Dəməşqin müxaliflər tərəfindən ələ keçirilməsi elan olunduğu zaman, Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarənin siqnalları birdən-birə kəsildi. Sosial mediada bu təyyarənin qaçan prezident Əsədə məxsus olduğu və düşdüyü barədə müxtəlif fərziyyələr səsləndirildi. Radar məlumatlarına görə təyyarənin siqnalları Homs şəhəri yaxınlığında itdi.


Suriyada 27 noyabrda rejim əleyhinə silahlı qruplar və Bəşər Əsədin qoşunları arasında şiddətli döyüşlər baş verdi. 30 noyabr-7 dekabr tarixləri arasında müxaliflər Haləb, İdlib, Həmə və Homs kimi iri şəhərləri ələ keçirdi. 7 dekabrda Dəməşqə girən müxalifləri xalqın dəstəkləməsi nəticəsində rejim tamamilə dağıldı. 61 illik Baas Partiyasının hakimiyyətinə son qoyuldu və rejim lideri Əsəd paytaxdan qaçdı.


Suriya Milli Ordusu Türkiyə sərhədinə yaxın ərazilərdə PKK/YPG-nin işğal etdiyi Tel Rıfatı azad etdikdən sonra Münbiçdə yuvalanmış terrorçulara qarşı əməliyyatlara başladı.


Paylaş: