🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ətraf rayonların polis əməkdaşları Kürdəmirə ezam olunub

14.06.2020 13:44 430 baxış sayı 2 dəq. oxuma
Ətraf rayonların polis əməkdaşları Kürdəmirə ezam olunub

Kürdəmir rayonunda bu gecə saat 00:00 dan etibarən sərtləşdirilmiş karantin rejiminə start verilib.


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün kəndlərdə və şəhər ərazisində müvəqqəti karantin postları qurulub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və bir neçə rayonun o cümlədən Ağsu, Göycay, Zərdab və Haclqabul rayonlarının polis şöbələrinin əməkdaşları Kürdəmir rayonuna ezam olunublar.


Gün ərzində rayon polis şöbəsinin əməkdaşları səs gücləndiricilər vasitəsi ilə insanları marifləndirərək onlara karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyi və evdə qalmağı tövsiyyə ediblər.


Qərara əsasən, rayon ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Rayon ərazisində qurulan postlar vasitəsi ilə giriş-çıxışa nəzarət edilir.


Qeyd edək ki, Bakı-Qazax avtomagistralının Kürdəmir rayonundan keçən hissəsində avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur.


Xatırladaq ki, Azərbaycanın 9 şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunub və bu rejimi iyun ayının 16-sı səhər saat 06:00 qədər davam edəcək.

Paylaş: