Faktiki hava şəraiti açıqlandı

29.08.2020 16:28 650 baxış sayı 1 dəq. oxuma
Faktiki hava şəraiti açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 29-u saat 18:00-a olan məlumatına əsasən, Sumqayıt, Bakı, Oğuz, Xaçmaz, Qusar, Yevlax, Zərdab, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda arabir yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Biləsuvarda 19 m/s, Salyanda 18 m/s, Bakı, Qum adasında 23 m/s, Ələtdə 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 16 m/s, Çilov adasında 15 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: