17.12.2020 10:41
6 abunə
368
FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında nə baş verib? - RƏSMİ AÇIQLAMA
FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında qəza baş verdiyi bildirilir.
Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Qeyd edilib ki, bir neçə saat əvvəl koronaviruslu xəstələrin müalicə aldığı xəstəxananın 17, 18 və 19-cu korpuslarını əhatə edən oksigen stansiyası sıradan çıxıb.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə idarəsinin əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş zabiti Gülçin Mehdiyeva Baku.ws açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirdi.
“Heç bir hadisə baş verməyib”, - deyə Gülçin Mehdiyeva bildirib.