Gəncədə dağıntılar altında qalan iki azyaşlının meyiti tapıldı - VİDEO

18.10.2020 09:20 738 baxış sayı 2 dəq. oxuma
Gəncədə dağıntılar altında qalan iki azyaşlının meyiti tapıldı -

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu oktyabrın 17-də gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, bir neçə yaşayış binası dağıdılıb.

Gəncəyə atılan raket nəticəsində dağıntılar altında qalan iki uşağın cəsədi çıxarılıb. 

Bu barədə AzTV-nin efirində bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin açıqladığı son məlumata görə, dağıntılar altından 13 nəfərin cəsədi və xəsarət almış 52 nəfər çıxarılıb.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: