Gəncədə həlak olanlar... - Ana-bala, ər-arvad...
Gəncə şəhərində dünən erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində bir evdən 3 nəfər – ata, ana və oğul həyatını itirib. Bu şəxslər Əsgərov Ceyhun Camal oğlu (1958), Əsgərova Təranə Paşa qızı (1965) və Əsgərov Ülvi Ceyhun oğludur (1990).
Bundan başqa, həlak olanlar arasında ana-bala - Əliyeva Afaq Əziz qızı (1957) və Əliyev Adil Həmzə oğlu (1992) da var.
Terror hadisəsinin digər qurbanları isə Əlizadə Anar Asif oğlu (1982), Əlizadə Nurçin Emin qızı (1987) bir ailənin üzvləridir. Bu ailənin iki körpə balası bundan sonra valideynsiz böyüyəcək.
Qeyd edək ki, Gəncə sakinləri, ziyalılar, millət vəkilləri, diplomatik korpusun nümayəndələri həmin terror hadisəsinin baş verdiyi ərazini ziyarət edir, gül dəstələri düzürlər. Hadisə nəticəsində yaralananların bir hissəsinin uşaq olduğu nəzərə alınaraq, əraziyə həmçinin uşaq oyuncaqları qoyulur.
Qeyd edək ki, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə olan bu terror nəticəsində 10 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb.
Oxşar xəbərlər
Gəncədə iki uşaq hələ də dağıntılar altındadır -
Son Xeberler
Əfqanıstanda partlayış törədilib, ölənlər və yaral...
Son Xeberler
Ombudsman Gəncədə yaralılara baş çəkdi
Son Xeberler
Gəncədə bu yerə də raket düşüb -
Son Xeberler
Gəncədə 90 Yaşlı Piyada Avtomobil Tərəfindən Həlak...
Bugun.az
Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yay...
SON Xəbər