Gəncədə nişan mərasimi keçirənlər saxlanıldı - FOTO
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib.
Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.
Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.
Oxşar xəbərlər
Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cə...
Son Xeberler
Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərim...
Son Xeberler
11 yaşlı azərbaycanlı qızı nişanladılar -
Son Xeberler
Yüksək vəzifəli şəxsin qızın nişanından
Son Xeberler
Yerevanda Paşinyanın əleyhinə aksiya keçirənlər sa...
Son Xeberler
Ölkədə toy qadağası olsa da, restoranlarda 2 gündü...
Son Xeberler