Gəncədə ölən və yaralıların sayı açıqlandı
Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, bununla belə, düşmən xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.
Lakin hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər bu yalanları ifşa etməkdədir.
Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olmuş, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar...
Son Xeberler
Qəzzada İsrail Ordusunun Minlərlə Əsgəri Yaralanıb
Bugun.az
İzmirdə zəlzələdə ölənlərin və yaralananların sayı...
Son Xeberler
Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yay...
SON Xəbər
Türkiyədəki Terror Hücumunda Ölənlerin Sayı 5-ə Ça...
Bugun.az
Azərbaycan əhalisinin sayı açıqlandı
Son Xeberler