Gəncəyə raket hücumu nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

17.10.2020 02:46 713 baxış sayı 2 dəq. oxuma
Gəncəyə raket hücumu nəticəsində ölən və yaralananların sayı

"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: