Gömrük Komitəsi xaricdən mal gətirənlərə yenidən GÜZƏŞT edib

06.01.2021 16:31 500 baxış sayı 2 dəq. oxuma
Gömrük Komitəsi xaricdən mal gətirənlərə yenidən

"Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılıması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) vətəndaşlara və xaricdən mal gətirən şirkətlərə müraciətində deyilir.

Dövlət Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-dən qaydalara görə xaricdə aldığı malı gömrük sistemində onlayn bəyan etməyən vətəndaşın bağlaması ölkəyə gətirilmirdi.

G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: