🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gömrük limitlərinin azaldılması vətəndaşlara necə təsir göstərəcək?- VİDEO

24.08.2020 19:48 348 baxış sayı 3 dəq. oxuma
Gömrük limitlərinin azaldılması vətəndaşlara necə təsir göstərəcək?-

Məlum olduğu kimi, Nazirlər Kabinetinin bir neçə gün əvvəl verdiyi qərarla fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən limit azaldıldı.

Vətəndaşlar bu məhdud dəyəri üstələyəcəyi təqdirdə limitdən artıq olan hissənin rüsumlarını ödəməli olacaqlar.  

İndiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdi.

Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydalara görə isə artıq bu rəqəm 800 dollara endirilib. Həmçinin, bundan sonra eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 300 dollarlıq mal gətirməyə icazə verilir. Hansı ki, bu məbləğ min dollar idi.

Ekspert Rəşad Həsənovun Baku TV-yə verdiyi məlumata görə, yeni qərar birmənalı olaraq vətəndaşların şəxsi istifadə məqsədilə mal almaq imkanlarını məhdudlaşdırır. Xüsusilə sərhəd bölgələrində yaşayan və xırda ticarətlə məşğul olan ailələrin gəlirlərinə ciddi şəkildə neqativ təsir göstərəcək.

Ekspertin fikrincə, mövcud vəziyyətdə böyük karqo şirkətlərinin fəaliyyətinə, gəlirlərinə ciddi təsir baş verməyəcək. Burada əsas çətinlik daha çox fiziki şəxslərin sifarişlərinə hədəflənən kiçik karqo şirkətlərinin fəaliyyətində yaranacaq. Çünki səmərəlilik aşağı düşdükcə, imkanlar azaldıqca müraciətlərin sayı azalacaq. Nəticədə prosesin sonunda bu şirkətlərin bir qismi bazardan çıxmış olacaq.

 

Paylaş: