Son Xeberler
7 abunə
Goranboyda karantin rejimini pozan kafe aşkarlandı
17.12.2020 06:09
436 baxış sayı
2 dəq. oxuma
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən "Yurd Yeri” adlı kafe aşkarlayıb.
Obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib. Həmin şəxslərdən 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər 6 nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.
Oxşar xəbərlər
Karantin nəzarətinə götürülmə qaydalarında dəyişik...
Son Xeberler
517
10/06 14:59
Bakıda karantin qaydalarını pozan daha bir kafe aş...
Son Xeberler
396
29/06 15:21
Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi
Son Xeberler
463
14/06 14:19
Bakıda karantin rejimini pozan restoran aşkar edi...
Son Xeberler
495
26/09 11:48
Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası...
Son Xeberler
677
10/10 10:19
Karantin rejimini pozan şəxsdə narkotik maddə aşka...
Son Xeberler
633
25/07 05:38