
Son Xeberler
9 abunə
Goranboyda koronavirus xəstələrinə cinayət işi açıldı
15.12.2020 06:38
423 baxış sayı
3 dəq. oxuma

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
olis əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər aparır, koronavirus infeksiyasının fəsadlarını diqqətə çatdırır və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyini bildirir. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.
Bundan başqa, keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.
Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.
Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb,faktla bağlı araşdırmalar davam etdirilir.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Maradonanın həkiminə cinayət işi açıldı
Son Xeberler
560
30/11 09:32

Azərbaycanda bu bələdiyyələrin vəzifəli şəxslərinə...
Son Xeberler
553
12/02 13:28

Koronavirus xəstəsi küçəyə çıxıb gəzdi -
Son Xeberler
713
12/07 10:22

Hans Klüge: "İkinci dalğaya hazır olmalıyıq"
Son Xeberler
670
18/06 09:15

Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıld...
Son Xeberler
731
18/11 15:08

Polisdən əhaliyə XƏBƏRDARLIQ:
Son Xeberler
483
03/12 07:55


