Hamımız Şuşada çay içmək üçün görüşəcəyik

08.11.2020 13:30 625 baxış sayı 2 dəq. oxuma
Hamımız Şuşada çay içmək üçün görüşəcəyik

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti 28 ildən sonra işğaldan azad edilən Şuşa şəhərindən fotolar paylaşıb.

Illər öncə lentə aldığı 2 yeni fotonu öz instaqram səhifəsində paylaşan Diqqəti belə şərh verib:

“Şuşa azad edildi! Şuşa Azərbaycandır!

Hamımız Şuşada çay içmək üçün görüşəcəyik”.

Qeyd edək ki, fotojurnalist daha öncə də “Şuşada sonuncu çay -1992-ci il” başlığı ilə 3 foto paylaşmışdı.

 




A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: