🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Heç bir dərman, COVID-dən qorumur" - Tanınmış kardioloq

07.07.2020 17:47 430 baxış sayı 5 dəq. oxuma
"Heç bir dərman, COVID-dən qorumur" -

"Yeni növ koronovirusa yoluxduqda ağciyərlə birlikdə bütün orqanlar zərər görə bilir".

Bunu Respublika Müalicə-Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiri Abbasəli Abbasəliyev deyib.

O bildirib ki, ölümlərin çoxu ağciyər çatışmazlığı ilə bağlı olur: "Ancaq böyrək, qaraciyər çatışmazlığı, ürək əzələsinin viral zədələnməsi (miokardit), infarkt, insult kimi səbəblərdən də ölümlər baş verir".

Kardioloq deyib ki, çünki bu xəstələrdə həqiqətən də qanama, laxtalanma sistemində problem olur: "Bu da virus məlum olandan qısa müddət sonra bütün dünyada bilinir. Orta və ağır olan bütün xəstələrə qan durulaşdırıcı verilir. Bu halda "Aspirin" verilmir (əgər xəstə başqa səbəblə "Aspirin" içirsə ona davam edilir), "Aspirin" bu xəstələrdə tromblaşmanın qabağını ala bilmir. "Aspirin"in təsir mexanizmi elədir ki, bunu edə bilmir. Bu səbəbdən bu xəstələrə "Endoxaparin" (Clexan) və ya Noac dediyimiz antikoaqulantlar (Məsələn, rivaroxaban, apiksaban) verilir. Bu, yalnız orta və ağır xəstələrdə olur. "Aspirin"lə çoxlu sayda insanın koronavirus xəstəliyindən sağalması haqda deyilənlər sadəcə, hekayədir. Hər kəs başa düşdüyü şəkildə bu məsələləri şərh edir".

A. Abbasəliyev deyib ki, xəstələrdə trombun əmələ gəlməsi və ölümə səbəb olması əsas səbəb deyil, COVID-19-un nəticəsidir: "COVID-ə yoluxma olmasa, bunlar da olmaz. "Aspirin" ("Kardiomagnil"də "Aspirin"dir) qəbul etmək insanı COVID-ə yoluxmaqdan qorumaz, bu səbəbdən sağlam insanın qorunmaq üçün bunu qəbul etməsinin heç bir faydası yoxdur".

Kardioloq deyib ki, tam əksinə bu halda mədədə qanaxma riski yaranır. "Aspirin" də daxil olmaqla yoluxmadan qoruyan heç bir dərman yoxdur, qoruyan tək şey təmasda olmamaq, yoluxmamaqdır: "Bu mərhələdə edəcəyimiz tək şey yoluxmamaqdır, yoluxduqdan sonra artıq zəncirvari reaksiya başlayır və insan hər fəsadla üzləşə bilər. Qan durulaşdırıcı verilsə belə, yenə tromblaşma yarana bilər. Bu virusa yoluxan bəzi xəstələrdə də tam tərsinə şiddətli qanaxma yaranır, buna görə laxtalanma sistemi iflas edə bilər. Orta  və ağır xəstələrə qan durulaşdırıcı dərman vermək o demək deyil ki, digər dərmanlara ehtiyac yoxdur. Ümumiyyətlə, bizdə müalicədə bir yenilik olan kimi hamı bunu tətbiq etmək istəyir, heç kim baxmır ki, bunu hansı hallarda etmək lazımdır. "Dexametazon" çıxdı, indi baxırsan göstəriş oldu-olmadı hamı bunu istifadə edir, halbuki bu, immun sistemini zəiflədən dərmandır və xüsusi hallarda verilməlidir. Bəzi insanlar eyni vaxtda bir neçə antivirus dərmanı içir, halbuki bunların çoxu bir yerdə olmaz, ciddi fəsadlar yarada bilir.

Təbii ki, mənasız yerə "Aspirin" içməyə başlansa, mədə qanaxmaları artacaq. Məlumatları, yenilikləri bütöv olaraq dəyərləndirmək lazımdır, məsələn, bir paraqrafı ümumi mətndən çıxarıb ona görə şərh etmək çox yanlışdır.

COVID-19 olmazdan əvvəl bütün yaşlı, şəkərli, yüksək təzyiqli insanlar hamısı qısa müddətdə ölmürdü ki. Hər kəsin ailəsində, qohumları arasında minlərlə bu xroniki xəstəliklərlə illərcə yaşayan insanlar var. Həyatını itirənlər də virusa yoluxmasaydı illərlə yaşayacaqdı yəqin ki. İndi insanlar xroniki xəstəlikdən deyil, COVID-dən ölür. Qısacası, COVID əsas səbəbdir, tromblaşma daxil bütün digər fəsadlar isə bir nəticədir". 

Mənbə: ​e-tibb.az

Etiketlər

Paylaş: