🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Həftə sonları ilə bağlı DAHA BİR QADAĞA - RƏSMİ AÇIQLAMA

23.11.2020 15:41 633 baxış sayı 2 dəq. oxuma
Həftə sonları ilə bağlı DAHA BİR QADAĞA -

“Həftə sonları onlayn xidmətlər də dayandırılır".

Bu sözləri Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən sahələrin fəaliyyətinə məhdudiyyət tətbiq olunmur:

"Ərzaq mağazalarını gündəlik qida məhsulları ilə təmin edən sahələr var ki, onların da fəaliyyətinə qadağa yoxdur".

E.Hacıyev kafe və restoranların onlayn fəaliyyətinə icazə ilə bağlı suala gəlincə isə bildirib ki, buna dair məhdudiyyət mövcuddur:

“Kafe, restoranlar, eləcə də digər obyektlərin fəaliyyətində onlayn xidmətə icazə verilmir".

Xatırladaq ki, Operativ Qərargahın yaydığı məlumatda bildirilmişdi ki, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.

Qərarda onlayn xidmətlə bağlı isə heç bir məlumat yer almamışdı.

Əlavə edək ki, sosial mediada yayılan məlumatlara görə, 21 və 22 noyabr ərzində onlayn xidmət göstərən bir neçə kafe, restoran sahibləri cərimələniblər.

Paylaş: