Həmsədrlər Azərbaycan və Ermənistana MÜRACİƏT ETDİLƏR

24.07.2020 20:07 475 baxış sayı 2 dəq. oxuma
Həmsədrlər Azərbaycan və Ermənistana

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar.

Bu barədə ATƏT-dən bildirilib.

Qeyd edilir ki, həmsədrlər bəyanatda tərəfləri danışıqlar masası ətrafına əyləşməyə çağırıblar.

"16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi alqışlayır və tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün gərginliyin hazırkı azalma fürsətindən istifadə etməyə çağırırıq. Bir daha vurğulayırıq ki, bu mürəkkəb dövrdə fitnəkar bəyanatlardan, təhlükələrdən və mülki əhaliyə və ya kritik əhəmiyyətli infrastruktur da daxil olmaqla güman edilən təhlükələrdən çəkinmək son dərəcə əhəmiyyətlidir".

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: