Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağandır
Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə törədir.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.
Bununla əlaqədar, ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405 99 99 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497 16 73 nömrəli telefonlar vasitəsilə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Azərbaycanda hərbi vəziyyət bu tarixdən ləğv edili...
Son Xeberler
Ermənistanda hərbi vəziyyət rejimi daha da sərtləş...
Son Xeberler
Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evl...
Son Xeberler
Paşinyan geri çəkildi,
Son Xeberler
DİN daha bir müraciət yaydı
Son Xeberler
“Amnesty International” Bərdəyə kasetli bomba atıl...
Son Xeberler