🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Heyvandan insana keçən yeni dəhşətli virus yayılır - 19 nəfər ölüb və...

03.12.2020 07:41 592 baxış sayı 2 dəq. oxuma
Heyvandan insana keçən yeni dəhşətli virus yayılır -
Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada heyvandan insan keçən və ölümcül olan "Lassa" qızdırmasından ölənlərin sayı 19-a çatıb.
 
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) əyalət kordinatoru, həkim Rilvau Muhammed bildirib ki, dünya yeni tip koronavirusla mübarizə aparmağa davam edərkən, əyalətdə "Sarı hərarət" və "Lassa" qızdırması ortaya çıxıb. "Sarı hərarət" pandemiyasi ilə mübarizə çərçivəsində əyalətin 19 bölgəsinə 4 milyon peyvənd göndərilib. 2021-ci ilin Yanvar ayında etibarən 1-44 yaş arasında olan insanlara peyvəndin vurulması planlanıb. Hökümət pandemiyanın qonşu əyalətlərə bulaşmaması üçün əlindən gələni edir.
 
Qeyd edək ki, yanvarda ayından bu günə kimi Nigeriyanın 29 əyalətində 300-dən çox insan "Lassa" qızdırması səbəbiylə dünyasını dəyişib. Hər il quraqlığın yaşandığı noyabr və may aylarında "Lassa" qızdırması daha da çoxalır. 
 
Siçovul nəcisi ilə təmas nəticəsində yayılan bu xəstəlik insandan insana keçə və ölümcül qızdırmaya səbəb ola bilir. Bu barədə insanlara bildirilir ki, gigiyena qaydalarına xüsusi diqqət yetirsinlər, siçovul və digər gəmirici heyvanlarla birbaşa təmas halında olmasınlar. 
Paylaş: