"Hizbullah"ın Başçılıq üçün Əsas Namizədi Öldürüldü - KİV

05.10.2024 12:25 264 baxış sayı 1 dəq. oxuma Metbuat
"Hizbullah"ın Başçılıq üçün Əsas Namizədi Öldürüldü - KİV

İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava hücumu nəticəsində Həsən Nəsrullahın ölümündən sonra "Hizbullah"ın baş katibi olmağa əsas namizəd olan Haşim Səfiuddin həlak olub.


"Əl Ərəbiyə" telekanalı xəbər verir ki, Haşim Səfiuddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də hava hücumunda öldürülüb.


Bildirilir ki, bu hadisə İsraildən gələn güclü reaksiyaya səbəb olacaq.


Xatırladaq ki, daha əvvəl "Hizbullah" lideri Həsən Nəsrullah, SEPAH-ın komandiri Abbas Nilfuruşan və HƏMAS lideri İsmayıl Haniyə də İsrail tərəfindən qətlə yetirilib.


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: