Hulisi Akar Azərbaycana gəldi - TƏCİLİ

31.12.2020 07:03 808 baxış sayı 1 dəq. oxuma
Hulisi Akar Azərbaycana gəldi - TƏCİLİ

Türkiyənin Müdafiə naziri Hulisi Akar Bakıya gəlib. O, paytaxtda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbçilərlə görüşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hulisi Akar bildirib ki, türk hərbçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar

“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: