🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Hulusi Akar Liviyadan xəbərdarlıq etdi: "Hər hansı hücum olarsa,...

27.12.2020 13:22 476 baxış sayı 3 dəq. oxuma
Hulusi Akar Liviyadan xəbərdarlıq etdi: "Hər hansı hücum olarsa,...

"Cinayətkar Xəlifə Haftar və tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum olarsa, onlar qanuni hərbi hədəfə çevriləcəklər".

Bunu Liviyada səfərdə olan Türkiyənin Müdafiə Naziri Hulusi Akar Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın rəsmi Ankaraya qarşı ittihamlarına cavab olaraq deyib.

"Haftar müharibə cinayətkarıdır, qatildir. O və tərəfdarları bilməlidirlər ki, Türkiyə ordusuna qarşı hər hansı bir hücum zamanı onlar qanuni hərbi hədəfə çevriləcəklər. Ağlınızı başınıza yığmağı məsləhət görürəm".

Bundan əlavə, Akar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan, Liviya və Şimali Kipr kimi dost və qardaş ölkələrin təhlükəsizliyinə dəstək üçün köməyini əsirgəməyəcəyini qeyd edib.

Nazir ölkələrin, xüsusən də qonşuların siyasi birliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

"Milli Razılaşma Hökuməti Liviyada BMT tərəfindən tanınan yeganə qanuni hökumətdir. Liviyadakı əsas problem Haftarın və müttəfiqlərinin qanunsuz silahlı birləşmələridir".

Müdafiə nazirinin sözlərinə görə, Haftarın müharibə cinayətlərinin diqqətçəkən dəlili Liviyanın Tərhun şəhərində tapılan 21 kütləvi məzarlıqdır.

Akar Şərqi Aralıq dənizindəki vəziyyətə də toxunaraq bildirib ki, Türkiyə bütün münaqişələrin yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasi yollarla həll edilməsinin tərəfdarıdır.

"Kipr münaqişəsini həll etmək üçün yunan tərəfi inadkar mövqeyindən imtina etməli və Kipr türklərinin hüquqlarını tanımalıdır".

Paylaş: