İcra başçısından koronavirusa yoluxma xəbərləri ilə bağlı AÇIQLAMA

20.06.2020 16:44 969 baxış sayı 2 dəq. oxuma
İcra başçısından koronavirusa yoluxma xəbərləri ilə bağlı

​Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib. 

Bu barədə icra başçısının özü “Report”un Qarabağ mərkəzinə bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə və cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən, xalqa xidmət edirəm”.

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub. 

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: